Yanvar-sentyabr aylarında İskenderun limanı 40 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Yanvar-sentyabr aylarında İskenderun limanı 40 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin İskenderun limanı 44 milyon 668 min 931 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, İskenderun limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 965 min 160 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 43 milyon 703 min 771 ton yük daşınıb.

“2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin İskenderun limanından 841 min 775 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 269 milyon 575 min 687 ton yük qəbul edib.

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 336 min 880 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 275 milyon 238 min 807 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 60 milyon 674 min 882 ton transit yük daşınıb.