Avqust ayında Gürcüstanda Türkiyədən ixrac edilən avtomobil sənayesi məhsullarına olan tələb artıb

Avqust ayında Gürcüstanda Türkiyədən ixrac edilən avtomobil sənayesi məhsullarına olan tələb artıb

Bakı. TurkicWorld:

2022-ci ilin avqust ayında Türkiyə Gürcüstana avtomobil sənayesi məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 50,6 faiz artıraraq 12,9 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında Gürcüstana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azaldaraq 69,3 milyard dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq 19,6 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 2,3 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 6,2 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 30,1 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib