Yanvar-iyun aylarında Ceyhan limanı 800 mindən çox yük qəbul edib (ÖZƏL)

Yanvar-iyun aylarında Ceyhan limanı 800 mindən çox yük qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin Adana şəhərində yerləşən Ceyhan limanı 855 min 82 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Ceyhan limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 31 min 261 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 823 min 821 ton yük daşınıb.

“2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin Ambarlı limanından 54 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyə limanları 197 milyon 219 min 172 ton yük qəbul edib.

2022-ci ilin yanvar-iyun aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 13 milyon 766 min 377 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 183 milyon 452 min 795 ton təşkil edib.

Yanvar-iyun aylarında Türkiyə limanlarından 41 milyon 599 min 585 ton transit yük daşınıb.