Yanvar-iyun aylarında Rusiyadan Türkiyə limanlarına 30 milyona yaxın yük daşınıb (ÖZƏL)

Yanvar-iyun aylarında Rusiyadan Türkiyə limanlarına 30 milyona yaxın yük daşınıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-iyun aylarında Rusiyadan Türk limanlarına 29 milyon 746 min 805 ton yük daşınıb. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Rusiyadan limanlara 969 min 897 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 22 milyon 779 min 870 ton yük çatdırıb.

Bu müddət ərzində Rusiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 5 milyon 997 min 38 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-iyun aylarında Türkiyə limanlarına Rusyadan 1 milyon 301 min 384 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ilin iyun ayında Türkiyə limanları 32 milyon 855 min 544 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 331 min 858 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 523 min 686 ton olub. Bununla yanaşı, 2022-ci ilin iyun ayında Türkiyə limanlarından 6 milyon 317 min 831 ton transit yük daşınıb.

2022-ci ilin yanvar-iyun aylarında Türkiyə limanları 197 milyon 219 min 172 ton yük qəbul edib.

2022-ci ilin yanvar-iyun aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 13 milyon 766 min 377 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 183 milyon 452 min 795 ton təşkil edib.

Yanvar-iyun aylarında Türkiyə limanlarından 41 milyon 599 min 585 ton transit yük daşınıb.