Türkiyə Azərbaycana hazır geyim ixracını 40 faizdən çox artırıb

Türkiyə Azərbaycana hazır geyim ixracını 40 faizdən çox artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında Azərbaycana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 42,2 faiz artıraraq 24,8 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Azərbaycana hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 35,2 faiz artıraraq 4,6 milyon dollara çatdırıb.

Qeyd edək ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 8,8 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 1,3 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 3 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 21,4 milyard dollar məbləğində hazır geyim ixrac edib.