Xorvatiyadan Türk limanlarına 500 mindən çox yük daşınıb (ÖZƏL)

Xorvatiyadan Türk limanlarına 500 mindən çox yük daşınıb (ÖZƏL)

Ankara. TurkicWorld

2022-ci ilin yanvar-may aylarında Xorvatiyadan Türk limanlarına 505 min 623 ton yük daşınıb. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Xorvatiyadan limanlara 18 min 793 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 470 min 499 ton yük çatdırıb.

Bu müddət ərzində Xorvatiya bayraqlı gəmilər Türkiyə limanlarına 61 min 331 ton yük çatdırıb. 2022-ci ilin yanvar-may aylarında Türkiyə limanlarına Xorvatiyadan 453 min 609 ton tranzit yük daşınıb.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 33 milyon 431 min 149 ton yük qəbul edib. Bu yüklərin 2 milyon 355 min 407 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 31 milyon 75 min 741 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

May ayında Türkiyə limanlarından 7 milyon 509 min 987 ton tranzit yük aşırılıb.

Bu ilin yanvar-may aylarında Türkiyə limanları 164 milyon 292 min 61 ton yük qəbul edib. Bu yüklərin 11 milyon 414 min 29 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 152 milyon 878 min 32 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

Yanvar-may ayında Türkiyə limanlarından 35 milyon 282 min 27 ton tranzit yük aşırılıb.