Türkiyədə Türkmənistan kapitallı şirkətlərin sayı artıb (ÖZƏL)

Türkiyədə Türkmənistan kapitallı şirkətlərin sayı artıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-aprel aylarında Türkiyədə Türkmənistan kapitalı ilə 20 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Türkmənistan şirkətlərinin sayı qismən çoxalıb, yalnız onların ümumi kapıtalı azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 4,8 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 5,7 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-aprel aylarında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (20) qeydiyyata alınıb.

“İstanbulnda qeydiyatdan keçən Türkmənistan şirkətlərinin ümumu kapitalı 400 min türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-aprel aylarında Türkiyədə Türkmənistan kapitalı on topdan və pərakəndə satış, 3 turizim şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.