Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı kəskin azalıb (ÖZƏL)

Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı kəskin azalıb  (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı əhəmiyyətli dərəcədə azalıb.

Bu barədə TurkicWorld -a Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 77,8 faiz azalıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana İŞKUR vasitasilə iş tapmaq üçün iki Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 5 560 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün İŞKUR vasitəsi ilə xaricə səfər edib. Bu, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 45,9 faiz çoxdur.

“Bu ilin aprel ayında İŞKUR vasitəsilə Türkiyədə 139 min 443 nədər məşğulluğa cəlb olunub. İşlə təmin edilənlərin 62,6 faizi kişi, 37,4 fazizi isə qadındır. Aprel ayında Türkiyədə işsiz sayı 3,538 milyon nəfər təşkil edib ki , bu da keçən ilin aprel ayı ilə müqaisədə 1,4 fazi azdır ”-deyə İŞKUR-dan bildirilib.