Yanvar-mart aylarında Türkiyənin İsrailə elektrik avadanlıqları ixracı 100 milyon dolları ötüb (ÖZƏL)

Yanvar-mart aylarında Türkiyənin İsrailə elektrik avadanlıqları ixracı 100 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar- mart aylarında Türkiyənin İsrailə elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,5 faiz azalaraq, 101,2 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə İsrailə 40,3 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 27,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalaraq 4 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 1,5 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 2,9 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023- mart 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.