Yanvar-mart aylarında Türkiyənin hazır geyim ixracı 4 milyard dolları ötüb (ÖZƏL)

Yanvar-mart aylarında Türkiyənin hazır geyim ixracı 4 milyard dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz azalaraq, 4,5 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə 1,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 18,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 18,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.