Qarabağda yeni iqtisadi quruculuğu təmin etməliyik - Emin Hüseynov

Qarabağda yeni iqtisadi quruculuğu təmin etməliyik - Emin Hüseynov

Biz Qarabağda yeni iqtisadi quruculuğu təmin etməliyik. Qarşımızda duran əsas vəzifə budur.

TurkicWorld-un məlumatına görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda keçirilən konfrans zamanı deyib.

O bildirib ki, bir şəhərin tamamilə dağıdılması, o bölgənin əhalisinin tam olaraq məcburi köçkün halına salınması, etnik təmizləmə siysətinin həyata keçirilməsi dünyanın heç bir yerində görülməyib.

“Qarabağda baş verən bu cür məqsədyönlü vandalizm aktlarını görmək, bilmək üçün oraya səfər etmək kifayətdir.

Bu gün bizim apardığımız müzakirə yalnız söz üzərində qalmamalıdır. Bunları həyata keçirmək bizim borcumuzdur.Yeni, ən qabaqcıl texnologiyaları orada istifadə etməliyik. Qarabağda yeni iqtisadiyyat quruculuğunu təmin etməliyik. Qarşımızda duran əsas vəzifə budur”,- deyə o qeyd edib.