Yanvar-fevral aylarında İrandan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Yanvar-fevral aylarında İrandan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-fevral aylarında İrandan Türk limanlarına 305 min 784 ton yük daşınıb.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İrandan limanlara yük çatdırılmayıb, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 305 min 250 ton yük çatdırıb.

Bu müddət ərzində İran bayraqlı gəmilərlə Türkiyə limanlarına 534 ton yük çatdırılıb. 2024-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarına İrandan 52 min 771 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında Türkiyə limanları 32 milyon 794 min 263 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 368 min 96 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 1 milyon 262 min 436 ton olub.

Bununla yanaşı, 2024-cü ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 926 min 868 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 66 milyon 27 min 67 ton yük qəbul edib.

“2024-cü ilin yanvar-fevral aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 4 milyon 739 min 472 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 61 milyon 287 min 595 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarından 11 milyon 157 min 744 ton transit yük daşınıb.

Qeyd edək ki , bu ilin fevral ayında Türkiyə limanları 4 min 531 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 437, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 94 olub.

2024-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 8 min 883 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 6 min 47, Türkiyə bayrağı altında olan gəmilər isə 2 min 836 olub.

X: Lamanasadli01