Yanvar-fevral aylarında İngiltərədən Türk limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Yanvar-fevral aylarında İngiltərədən Türk limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-fevral aylarında İngiltərədən Türk limanlarına 1 milyon 179 min 547 ton yük daşınıb.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İngiltərədən limanlara 4 min 570 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 1 milyon 161 min 427 ton yük çatdırıb.

Bu müddət ərzində İngiltərə bayraqlı gəmilərlə Türkiyə limanlarına 13 min 550 ton yük çatdırılıb. 2024-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarına İngiltərədən 42 min 365 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında Türkiyə limanları 32 milyon 794 min 263 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 368 min 96 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 426 min 167 ton olub.

Bununla yanaşı, 2024-cü ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 926 min 868 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 66 milyon 27 min 67 ton yük qəbul edib.

“2024-cü ilin yanvar-fevral aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 4 milyon 739 min 472 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 61 milyon 287 min 595 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 11 milyon 157 min 744 ton transit yük daşınıb.

Qeyd edək ki , bu ilin fevral ayında Türkiyə limanları 4 min 531 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 437, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 94 olub.

2024-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 8 min 883 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 6 min 47, Türkiyə bayrağı altında olan gəmilər isə 2 min 836 olub.

X: Lamanasadli01