Yanvar-fevral aylarında Türkiyənin Rusiyaya elektrik avadanlıqları ixracı 70 milyon dollara çatıb

Yanvar-fevral aylarında Türkiyənin Rusiyaya elektrik avadanlıqları ixracı 70 milyon dollara çatıb

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin Rusiyaya elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 51,2 faiz azalaraq, 68,97 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə Rusiyaya 37,8 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 53,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 1,3 milyard dollara bərabər olub.

Bu ilin fevral ayında Türkiyə 2,5 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 1 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023- fevral 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.