Yanvar-fevral aylarında Türkiyənin Rusiyaya avtomobil sənayesi məhsulları ixracı 125 milyon dolları ötüb

Yanvar-fevral aylarında Türkiyənin Rusiyaya avtomobil sənayesi məhsulları ixracı 125 milyon dolları ötüb

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin Rusiyaya avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz azalaraq, 125,2 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə Rusiyaya 64,2 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 17,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 5,9 milyard dollara bərabər olub.

Bu ilin fevral ayında Türkiyə 3,1 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 19,9 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023- fevral 2024) Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.