Yanvar-fevral aylarında Türkiyənin Çinə avtomobil sənayesi məhsulları ixracı 10 milyon dolları ötüb

Yanvar-fevral aylarında Türkiyənin Çinə avtomobil sənayesi məhsulları ixracı 10 milyon dolları ötüb

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin Çinə avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 86,4 faiz artaraq, 10,6 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə Çinə 4,7 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 45,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 5,9 milyard dollara bərabər olub.

Bu ilin fevral ayında Türkiyə 3,1 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 19,9 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023- fevral 2024) Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.