Yanvar-fevral aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı artıb

Yanvar-fevral aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı artıb

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 5,9 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

"Bu ilin fevral ayında Türkiyə 3,1 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 19,9 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023- fevral 2024) Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.