Yanvar-fevral aylarında Türkiyənin hazır geyim ixracı 3 milyon dollara çatıb (ÖZƏL)

Yanvar-fevral aylarında Türkiyənin hazır geyim ixracı 3 milyon dollara çatıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azalaraq, 2,9 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə 1,5 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 4,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023-fevral 2024) Türkiyə 19 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

X: Lamanasadli01