Ötən il Özbəkistan vətəndaşları Türkiyədə 300-dən çox daşınmaz əmlak satın alıb (ÖZƏL)

Ötən il Özbəkistan vətəndaşları Türkiyədə 300-dən çox daşınmaz əmlak satın alıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-ci ilin yanvar-dekabr aylarında Özbəkistan vətəndaşları Türkiyədə 313 daşınmaz əmlak satın alıblar ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 223 obyekt azdır.

Bu barədə TurkicWorld-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, ötən ilin dekabr ayında Özbəkistan vətəndaşları Türkiyədə 24 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 20 obyekt azdır.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayında Türkiyədə 138 min 577 mənzil satın alınıb ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 33,4 faiz azdır.

Məlumata görə, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyədə 1 milyon 225 min 926 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin dekabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 64 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 67,7 faiz azdır.

Aytac Süleymanova

Twitter: a_alieva_