Ötən ilin dekabr ayında Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 35 milyonu ötüb (ÖZƏL)

Ötən ilin dekabr ayında Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 35 milyonu ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin dekabr ayında Türkiyənin Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 14 faiz artaraq, 35 milyon 538 min 387 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 8 faiz artaraq 6 milyon 334 min 4 nəfər, beynəlxalq reyslər üzrə isə 16 faiz artaraq 29 milyon 204 min 383 nəfər təşkil edib.

2023-cü ilin dekabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 439 min 76 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 60 min 935 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 10 faiz artaraq, 378 min 140 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 225 min 534 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 9 faiz dəyişərək 45 min 738, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 179 min 796 olub.

2023-cü ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

X: Lamanasadli01