Noyabr ayında Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artıb (ÖZƏL)

Noyabr ayında Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin noyabr ayında Türkiyənin Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 14 faiz artaraq, 34 milyon 506 min 954 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 8 faiz artaraq 5 milyon 872 min 428 nəfər, beynəlxalq reyslər üzrə isə 16 faiz artaraq 28 milyon 634 min 526 nəfər təşkil edib.

Bu ilin noyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 427 min 505 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 59 min 916 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 8 faiz artaraq, 370 min 589 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 217 min 370 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 10 faiz dəyişərək 42 min 36, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 175 min 334 olub.

2023-cü ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 199 milyon 648 min 144 nəfər, yük dövriyyəsi isə 3 milyon 873 min 596 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

X: Lamanasadli01