Əlavə olaraq xərclərin artımından söhbət getməli deyil – Samir Şərifov

Əlavə olaraq xərclərin artımından söhbət getməli deyil – Samir Şərifov

Bakı. TurkicWorld:

Bizim valyuta ehtiyatlarımızda artım var. Bu sahədə kifayət qədər mühafizəkar siyasət aparırıq. Bu faktorları nəzərdən qaçırmalı deyilik.

TurkicWorld -in məlumatına görə, bunu Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, kifayət qədər böyük həcmdə büdcə xərcləri təqdim olunub. "Burada makroiqtisadi sabitlik, büdcə dayanıqlığı məsələlərinə toxunmaq istəmirəm. Bu xərclərin iqtisadiyyata yönəldilməsi, xərclərin artımı sözsüz ki, müəyyən mənada inflyasiya meyllərini dirçəldəcək. Ona görə də burada balans saxlamalıyıq", - deyə o əlavə edib.

"Əlavə olaraq xərclərin artımından söhbət getməli deyil. Yəqin ki, bu, bir qədər məsuliyyətsiz olar. Xərclərlə bağlı hansısa formada təklif ola bilər ki, vəsaiti ora yox, bu sahəyə verək. Bu da elə asan iş deyil", - deyə nazir müavini əlavə edib.