Yanvar - sentyabr aylarında Ceyhan limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb (ÖZƏL)

Yanvar - sentyabr aylarında Ceyhan limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-sentyabr aylarında Ceyhan limanı 939 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Ceyhan limanı Türkiyə bayrağı altında üzən 82, digər ölkələrin bayraqları altında üzən 857 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin sentyabr ayında Türkiyə limanları 5 min 480 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 601, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 879 olub.

2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 45 min 603 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 31 min 60, Türkiyə bayrağı altında olan gəmilər isə 14 min 543 olub.

Aytac Süleymanova

Twitter: a_alieva_