İsveçrə şirkətləri azad olunmuş torpaqların bərpasında iştirak edəcək - Elnur Məmmədov

İsveçrə şirkətləri azad olunmuş torpaqların bərpasında iştirak edəcək - Elnur Məmmədov

Bakı. TurkicWorld:

Azərbaycan-İsveçrə birgə ticari-iqtisadi komissiyasının fəaliyyəti əlaqələrimizin daha da inkişaf etməsinə imkan yaradacaq.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İsveçrənin Milli bayramına həsr olunmuş tədbirdə deyib.

"Azərbaycan İsveçrə şirkətlərinin işğaldan azad olunmuş torpaqların bərpasında iştirak təşəbbüsünü dəstəkləyir. O cümlədən, Azərbaycan Dövlət Neft Şirkətinin İsveçrədə uğurlu fəaliyyətini vurğulamaq istərdik. Ümid edirik ki, iqtisadi əməkdaşlığımız çiçəklənməyə davam edəcək", - o deyib.

Xarici işlər nazirinin müavini qeyd edib ki, bu cür müsbət addımlardan biri oktyabr ayında İsveçrədə Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi üzrə xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi olub.

E.Məmmədov Azərbaycanla İsveçrə arasında gələcəkdə də uğurlu əməkdaşlığa ümid etdiyini bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)