İyul ayında Antalya Beynəlxalq Hava Limanına 20 milyona yaxın sərnişin gəlib (ÖZƏL)

İyul ayında Antalya Beynəlxalq Hava Limanına 20 milyona yaxın sərnişin gəlib (ÖZƏL)

Bakı, TurkicWorld:

2023-cü ilin iyul ayında Türkiyənin Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 21 faiz artaraq, 18 milyon 383 min 949 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 9 faiz artaraq 3 milyon 530 min 805 nəfər, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq 14 milyon 853 min 144 nəfər təşkil edib.

Bu ilin iyul ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 224 min 126 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 33 min 735 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 17 faiz artaraq, 190 min 391 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq, 120 min 61 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 9 faiz dəyişərək 26 min 466, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 935 min 595 olub.

2023-cü ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 118 milyon 544 min 937 nəfər, yük dövriyyəsi isə 2 milyon 285 min 236 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01