Yanvar-iyun aylarında Mersin limanı 1000-dən çox gəmi qəbul edib

Yanvar-iyun aylarında Mersin limanı 1000-dən çox gəmi qəbul edib

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin Mersin limanı 1 887 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Mersin limanı Türkiyə bayrağı altında üzən 313, digər ölkələrin bayraqları altında üzən 1 574 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 658 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 785, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 1 873 olub.

2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 28 min 836 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 20 min 97, Türkiyə bayrağı altında olan gəmilər isə 8 min 739 olub.