Azərbaycanın qeyri-neft ixracının dəyəri 30 milyon dollar oldu

Azərbaycanın qeyri-neft ixracının dəyəri 30 milyon dollar oldu

2021-ci ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 30 milyon ABŞ dolları olub.

Bu barədə Turkic.World-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

Məlumata görə, 2017-ci ildən 2021-ci ilin avqust ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 625 milyon ABŞ dolları təşkil edib.