Yanvar-aprel aylarında İskenderun limanı mindən çox gəmi qəbul edib

Yanvar-aprel aylarında İskenderun limanı mindən çox gəmi qəbul edib

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin İskenderun limanı 1 min 148 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində İskenderun limanı Türkiyə bayrağı altında üzən 171, digər ölkələrin bayraqları altında üzən 977gəmi qəbul edib.

Qeyd edək ki, 2023-cü ilin aprel ayında Türkiyə limanları 33 milyon 600 min 55 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 391 min 265 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 208 min 790 ton olu.

Bununla yanaşı, 2023-cü ilin aprel ayında Türkiyə limanlarından 5 milyon 133 min 363 ton transit yük daşınıb.

2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 125 milyon 204 min 849 ton yük qəbul edib.

2023-cü ilin yanvar-aprel aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 8 milyon 865 min 787 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 116 milyon 339 min 62 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarından 23 milyon 437 min 983 ton transit yük daşınıb.