Beynəlxalq Valyuta Fondu Bakı ofisinin bağlanma səbəbini açıqlayıb

Beynəlxalq Valyuta Fondu Bakı ofisinin bağlanma səbəbini açıqlayıb

Bakı. TurkicWorld:

Təxminən 30 il sonra Beynəlxalq Valyuta Fondunun (BVF) Bakı ofisini bağlamaq barədə qərarımız Azərbaycan iqtisadiyyatının yüksək göstəriciləri və ölkədə böyük həcmdə maliyyə ehtiyatlarının mövcud olması ilə bağlıdır.

Bu barədə TurkicWorld-un sorğusuna cavab olaraq cümə günü BVF-in Bakı ofisindən bildiriblər.

"BVF yaxın gələcəkdə Azərbaycanla hər hansı kredit sazişin imzalanmasını proqnozlaşdırmır ki, adətən ölkədə ofisin saxlanılma səbəbi bu olur. Üstəlik, BVF-in Azərbaycanla sıx qarşılıqlı fəaliyyəti o cümlədən iqtisadi və maliyyə siyasətini müzakirə etmək və sorğu əsasında texniki dəstək göstərmək məqsədilə mütəmadi səfərlər vasitəsilə davam edəcək", - deyə maliyyə institutundan bildiriblər.

Xəbər yenilənəcək