4 fevral tarixində dünyada nələr baş verib?

4 fevral tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

4 fevral tarxində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

04/02/1480 — Portuqalyalı səyyah Fernan Magellan bu gün anadan olub.

04/02/1789 — Corc Vaşinqton ABŞ-ın ilk prezidenti seçilib.

04/02/1910 — 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanov bu gün anadan olub.

04/02/1921 – Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin doğum günü.

04/02/1930 – Görkəmli xanəndə, muğam ustası, Xalq Artisti Əlibaba Məmmədov anadan olub.

04/02/1945 – Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə Yalta konfransı işə başlayıb. Konfrans İkinci Dünya müharibəsindən sonrakı dünya nizamının bərqərar edilməsinə həsr olunub.

04/02/1945 — Məhşur Azərbaycanlı mügənni Polad Bülbüloğlu bu gün anadan olub.

04/02/1947 – Hataydakı yer adlarının türkcəyə çevrilməsinə qərar verilib.

04/02/1948 — Seylon (sonra Şri-Lanka adlandırılıb) Millətlər Birliyinin tərkibində müstəqil olub.

04/02/1954 – Kür çayı üzərində tikilən Mingəçevir Su Elektrik Stansiyası (SES) istifadəyə verilib.

04/02/1974 – Görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar Elm Xadimi, akademik Zahid Xəlilov vəfat edib.

04/02/1980 – Bəni Sədr İran prezidenti olub.

04/02/1985 – Baş nazir Turqut Özal rəsmi səfər üçün Əlcəzairə gedib. Əlcəzairə səfər edən ilk türk baş naziri Turqut Özal 1958-ci ildə Birləşmiş Millətlər Təşkilatında Əlcəzairin müstəqilliyinin əleyhinə səs verən Türkiyənin səhv etdiyini açıqlayıb.

04/02/2000 – Xarici İşlər Naziri İsmail Cem Afinaya gedib. Cem 40 ildən sonra Yunanıstana rəsmi səfər edən Türkiyə Respublikasının ilk xarici işlər naziri olub.

04/02/2004 – Facebook sosial şəbəkəsi meydana gəlib. Facebookda 1 milyarddan çox insan qeydiyyatdan keçib. Bütün istifadəçilərin orta hesabla 50 faizi sayta hər gün daxil olur, 35 milyondan çox istifadəçi isə statusunu yeniləyir. Şəbəkə istifadəçiləri hər ay 2,5 milyard fotoşəkil və 14 milyon videoçarx yükləyir. Saytda 1,6 milyondan çox aktiv səhifə mövcuddur.