3 fevral tarixində dünyada nələr baş verib?

3 fevral tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

3 fevral tarxində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

03/02/1451 — Osmanlı sultanı II Murad tarixdə bu gün vəfat edib.

03/02/1468 – Mətbəəni kəşf edən İohannes Qutenberqin bu gün vəfat edib.

03/02/1509 — Ərəb dənizində Osmanlı imperiyası və Portuqaliya imperiyası arasında Diu döyüşü baş vermişdir.

03/02/1809 – Təkamül nəzəriyyəsini inkişaf etdirən və insanların meymunlardan gəldiyini sübut edən İngilis bioloq Çarlz Darvin bu gün anadan olub.

03/02/1891 — Məhşur Azərbaycan yazıçısı Ceyhun Hacıbəyli bu gün anadan olub.

03/02/1924 - Bakıda tramvay xətti istifadəyə verilib. 2002-ci ildə ölkədə dəmiryol nəqliyyatının bu vasitəsi ləğv olunub.

03/02/1930 – Türkiyə-Fransa Dostluq Müqaviləsi imzalanıb.

03/02/1933 – Ankara ilə İstanbul arasında ilk sınaq uçuşu edilib.

03/02/1954 – Rodeziyada İlk Mərkəzi Afrika Federasiyası yaradılıb.

03/02/1957 – İzmir sahillərində "İzmir" sərnişin gəmisi Amerikanın Hawel Lykes yük gəmisi ilə toqquşaraq batıb. 244 sərnişini olan gəmidə 4-ü sərnişin olmaqla 5 nəfər həlak olub.

03/02/1966 – Sovet kosmik gəmisi Luna-9 Aya enərək televiziya görüntüləri göndərib.

03/02/1969 — Azərbaycanın Milli Qəhrəmanı Bəylər Ağayev tarixdə bu gün anadan olub.

03/02/1971 – 11 OPEC ölkəsinin iclası keçirilib. Onlar neft alan ölkələr neftin qiymətini artırmaqla hədələyirdilər.

03/02/1980 – İstanbulda polisin dayan xəbərdarlığına tabe olmayan fransız turist öldürülüb.

03/02/1981 – Gro Harlem Brundtland Norveçin ilk qadın prezidenti olub.

03/02/1995 - Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycanın “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib. 1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul edilib.

03/02/2004 - Prezident İlham Əliyevin iştirakı ilə “Gülüstan” sarayında Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin, BTC kreditorlar qrupunun nümayəndələri tərəfindən imzalanan maliyyələşmə paketi 78 müxtəlif tərəfin 17 mindən artıq imzası olan 208 maliyyə sənədini əhatə edib.

03/02/2006 – Misirin El Salam 98 bərəsi Qırmızı dənizdə batıb. 1000 nəfər həlak oldu.

03/02/2014 - Bakıda Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, bəstəkar və pedaqoq, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin abidəsi açılıb. Mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.