Yaponiyanın xarici işlər naziri Çinə səfərə dəvət edilib

Yaponiyanın xarici işlər naziri Çinə səfərə dəvət edilib

Bakı. TurkicWorld:

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi cümə axşamı çinli həmkarı Tsin Qan ilə telefon danışığı zamanı Çinə səfərə dəvət alıb, səfərin tarixi razılaşdırılır.

TurkicWorld xəbər verir ki, bu barədə Yaponiyanın XİN rəhbəri cümə günü Tokioda keçirilən mətbuat konfransında deyib.

"Dünən xarici işlər naziri Tsin Qan ilə söhbətim zamanı ondan Çinə səfər etmək üçün dəvət aldım. Bu səfər üçün konkret tarix razılaşdırılacaq", - deyə Xin rəhbəri bildirib.

Qeyd edək ki, bu, Tsin Qan vəzifəyə gəldikdən sonra iki ölkənin xarici işlər nazirləri arasında ilk söhbətdir. Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətləri, Ukrayna ətrafındakı vəziyyəti, həmçinin Şimali Koreyanın raket və nüvə problemini müzakirə ediblər.