Pakistanın Pişəvər şəhərində məsciddə partlayış baş verib, həlak olanlar var

Pakistanın Pişəvər şəhərində məsciddə partlayış baş verib, həlak olanlar var

Bakı. TurkicWorld

Pakistanın Pişəvər şəhərində məsciddəki partlayış nəticəsində ən azı 17 nəfər həlak olub.

TurkicWorld-in məlumatına görə, bu barədə Geo-TV telekanalı səhiyyə və təhlükəsizlik xidməti nümayəndələrinə istinadən xəbər verib.

Məlumata görə, 90-dan çox zərərçəkmiş xəstəxanaya yerləşdirilib, 10 nəfərin vəziyyəti ağırdır.

Daha əvvəl Reuters agentliyinin yerli xəstəxana nümayəndəsi Məhəmməd Asimə istinadən bildirdiyinə görə, zərərçəkmişlər Lady Reading xəstəxanasına yerləşdirilib.

Bundan əvvəl Geo-TV telekanalı ən azı 50 nəfərin xəsarət aldığını bildirmişdi. Məlumatda məscidin yerli polis məntəqəsinin yanında yerləşdiyi deyilir. Təhlükəsizlik xidməti partlayışın günorta namazı zamanı kamikadzenin özünü partlatması nəticəsində baş verdiyini bildirib.