İranda gəmi aşıb

İranda gəmi aşıb

Bakı. TurkicWorld:

Bu gün İranın cənubunda yerləşən Buşehr vilayətinin Pars limanında Tanzaniyaya məxsus gəmi aşıb.

TurkicWorld-in məlumatına görə, bunu İranın Pars limanı təhlükəsizlik, səhiyyə, ətraf mühit və fövqəladə hallar idarəsinin müdiri İbrahim Qəribi deyib.

İ.Qəribinin sözlərinə görə, gəmi 27 tonluq 91 konteyner düzgün yüklənmədiyinə görə aşıb.

Qəribi əlavə edib ki, hadisə baş verdiyi ilk anlarda xilasetmə qüvvələri gəmi ekipajının bütün üzvlərini xilas ediblər.