Son dəqiqə

İsrail Livan İsrail ordusu Livan-İsrail münasibətləri

İsrail Livanın cənubunda hava əməliyyatı keçirib

BAKI,TurkicWorld

İsrail ordusu Livanın cənubunda Əl-Tahir adlı meşəlik ərazidə, Kfar-Tebnit və Nəbatiyə Əl-Fuqanın dağlıq ərazilərində hava əməliyyatı keçirib.

TurkicWorld bu barədə Livan Milli Xəbər Agentliyinə (NNA) istinadən xəbər verir.

Agentliyin məlumatına görə, İsrail hava qüvvələri əməliyyat zamanı zərbə raketlərindən istifadə edib və yüksək partlayış səsləri uzaq məsafələrdən, o cümlədən, İsraildən belə eşidilib.

Bundan əlavə, İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı hava əməliyyatında Hizbullahın mövqelərinin, o cümlədən, hərəkatın yeraltı komanda mərkəzinin hədəfə alındığını bildirib.

Tebnit kəndinin yaxın çevrəsinə azı 12 aviazərbənin endirildiyi bildirilir.

Mövzuya görə xəbərlər