Son dəqiqə

Donald Tramp

Donald Tramp Meksika körfəzi və Denali dağının adını dəyişəcək

Bakı. TurkicWorld:

ABŞ prezidenti Donald Tramp Meksika körfəzinin adını Amerika Körfəzi adlandırmaq və Alyaskadakı Denali dağını əvvəlki adı olan MakKinli dağına qaytarmaq planlarını açıqlayıb.

TurkicWorld-un məlumatına görə, o, bu barədə inauqurasiya nitqində bildirib.

"Böyük Prezident Uilyam MakKinlinin adını MakKinli dağına qaytaracağıq", - deyə D.Tramp qeyd edib.

O, prezident MakKinlinin tariflər və işgüzarlığı ilə ölkənin çiçəklənməsinə mühüm töhfə verdiyini vurğulayıb: “MakKinli əsl biznesmen olub”.

Mövzuya görə xəbərlər