Son dəqiqə

Donald Tramp

Tramp Meksika sərhədinə qoşun göndərməyi planlaşdırır

Bakı. TurkicWorld:

ABŞ prezidenti Donald Tramp Meksika sərhədinə qoşun yeritməyi planlaşdırdığını bildirib.

TurkicWorld-un məlumatına görə, bu barədə Donald Tramp inauqurasiya mərasimində deyib.

"Mən qeyri-qanuni immiqrasiyanı milli fövqəladə vəziyyət elan etmək, Meksika sərhədinə qoşun göndərmək və “Meksikada qalmaq” siyasətimi bərpa etmək niyyətindəyəm", - deyə o bildirib.

Bundan əlavə, Tramp qeyri-qanuni sərhəd keçidlərinə tam son qoymağa və qanunsuz keçərkən tutulan bütün miqrantların saxlanmasına çalışacağını vurğulayıb.

Mövzuya görə xəbərlər