Toyvo Klaar İrəvana gedib

Toyvo Klaar İrəvana gedib

Bakı. TurkicWorld:

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar İrəvana səfər edib.

TurkicWorld bu barədə erməni KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Aİ nümayəndəsi Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ilə görüşüb.

Görüşdə Cənubi Qafqazdakı vəziyyət və Ermənistan-Aİ əməkdaşlığı müzakirə olunub.