Rusiya FTX terror aktının təşkilində şübhəli bilinən ukraynalını saxlayıb

Rusiya FTX terror aktının təşkilində şübhəli bilinən ukraynalını saxlayıb

Bakı. TurkicWorld:

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Xerson vilayəti üzrə əməkdaşları terror aktları hazırlamaqda şübhəli bilinən Aleşki kənd sakinini saxlayıblar.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Planlaşdırılan terror aktlarının hakimiyyət nümayəndələri və güc strukturlarını hədəf aldıqları qeyd olunub.

Axtarış zamanı şübhəli şəxsin üzərində partlayıcı qurğu və piyada əleyhinə minalar aşkarlanıb.