Monqol İmperiyasında qadının yeri

Monqol İmperiyasında qadının yeri

Bakı,TurkicWorld

Monqol İmperiyasında ( 1206-1368) qadınlar çöl həyatının gündəlik işlərini,çətinliklərini kişilərlə bölüşür və əsasən heyvanlara qulluq etmək, düşərgələr qurmaq, uşaq tərbiyə etmək, yemək hazırlamaq məsuliyyəti daşıyırdılar.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki , zamanın qadınlarından fərqli olaraq, İmperiyada yaşayan qadınlar, digər ölkələrdə yaşayan qadınlardan daha çox hüquq sahib edilər.Bekə ki, qadınlar mülkə sahib ola və miras ala, dini mərasimlərdə iştirak edə, şaman ola, yüksək səviyyəli qəbilə başçılarının arvadları qəbilə yığıncaqlarında öz fikirlərini səsləndirə bilərdilər. Bir neçə monqol qadını, Böyük Xanların dul qadınları və ya anaları, hətta Monqol İmperiyasının hökmdarı seçilməmişdən əvvəlki dövlərdə padşahlıq edirdilər .

Düşərgənin qurulması
Monqollar köçəri xalq olduqları üçün hamı – kişilər, qadınlar, azyaşlı uşaqlar yaxşı at minməyi və ov üçün kamandan istifadə etməyi bacarmalı idilər.
Eyni şəkildə, kişilər və qadınlar adətən bir-birlərinin tapşırıqlarını yerinə yetirməyə qadir idilər, çünki biri öldükdə, ortaqlıqda sağ qalan ailəni və sürülərini davam etdirməli və onlara baxmalı idi. Qadınlar həm düşərgələrin qurulmasına, həm də yerləşdirməyə, çadırları və ailənin əşyalarını adətən sürdükləri arabalara yerləşdirməyə, at və dəvə kimi yük heyvanlarına baxmağa cavabdeh idilər.
Yurdda kişilər və qadınlar üçün ayrılmış yer var idi, birincinin qərb tərəfi, ikincisinin isə yemək bişirildiyi şərq tərəfi (qapı ənənəvi olaraq cənuba baxdığı üçün asanlıqla müəyyən edilirdi). İmperator və böyük arvadın çadırı qərbdə, ən kiçik arvad şərqdə, cariyələri, uşaqları və qulluqçuları isə bir qədər arxada qurulan açdırlarda qalırdılar.Təcrübəli düşərgə ustaları kimi qadınlar sürətli, yüngül süvari birlikləri ilə monqol müharibəsi üçün vacib olan maddi-texniki bazanın mühüm elementi idi . Çox vaxt tək bir qadın bir-birinə bağlı at və ya deəvə karvanını idarə edə bilirdi.

Gündəlik işlər
Monqol qadınları heyvanlara qulluq edir, yemək toplayır, bişirir və emal edirdilər, kişilər isə ov edirdilər. Qadınlar pendir, kərə yağı düzəldir, süd kəsmiklərini qurudur, həmçinin ərləri bir neçə həftə ərzində ovda olarkən onlar sürülərə baxmaq məcburiyyətində qalırdılar.
Qadınlar qoyun, keçi və inək sağırdılar, ancaq kişilər madyan sağır və çox məşhur olan spirtli içkilər istehsal edirdilər. Spritrli işkilərin hazırlanmasına bəzən qadınlar da cəlb olunardı.Qadınlar da bu işdən öz zəhmətlərinin bəhrəsini ala bilərdilər, çünki həm kişilər, həm də qadınlar tərəfindən həddindən artıq içki içmək sosial norma idi.
Köçərilərin bir yerdə, məsələn, yeni başçı seçmək üçün tayfa başçılarının toplantısı və ya mühüm ad günləri, toylar və s. qeyd etmək üçün toplaşdıqları nadir ziyafətlərdən qadınlar əsla kənarda qalmazdı.

Evlilik və Ailə
Ənənəvi olaraq, monqol nikahları qəbilə əlaqələrini möhkəmləndirmək və ittifaqları gücləndirmək məqsədi daşıyırdı. Həqiqətən də, öz qəbilə qrupundan kənarda evlənmək (ekzoqamiya) adəti idi və bir qəbilə qrupunu gücləndirmək, digərini isə zəiflətmək üçün rəqib qəbilələrdən qadınların qaçırılması adəti mövcud idi.

Əksər nikahlar ailə qrupları arasında mövcud bağları gücləndirmək üçün nəzərdə tutulmuşdu.
Kişilər gələcək qayınatalarına başlıq ödəyər və ya alternativ olaraq onlar üçün əmək (iş görmək) təklif etdilər. Qeyd edək ki, qadın oğurluğu monqol toplumunda çox geniş yayılan bir adər idi, bu işlə əsasən əahalinin daha kasıb təbəqəsi məşğul olardı.
Daha mədəni nikahlarda, gələcək gəlin adətən mal-qara, zərgərlik, parça, qulluqçular və bəlkə də qul kimi qiymətli əşyalardan ibarət cehiz gətirirdi.
Cehiz bir neçə il ərzində “ödənilə” bilər və adətən kürəkən və ailəsi tərəfindən ödənilən başlıq pulundan aşağı qiymətə malik olur.
Cehiz arvadın mülkü olaraq qalardı və ölümündən sonra uşaqları arasında bölünürdü.
Arvadlar ərlərinin mülkünün kiçik bir hissəsini alır, ərlri vəfat edəndən sonra bu mirası kiçik oğula təhvil verdilər. Bəzən isə böyük oğul evləndikdən sonra çadırı tərk edib onu kişik oğula verərdilər.Monqol cəmiyyətində qadınlar uşaqlara baxırdılar və görünür, ailə qərarlarının qəbulunda fəal rol oynayırdılar.
Eramızın 13-cü əsrində Monqolların Gizli Tarixi kimi mənbələrdə döyüşçüləri həvəsləndirmək və ərlərinə sədaqət nümayiş etdirmək üçün çıxış edən hökmdarların arvadlarından bəhs edilir.
Sadiqliyi təşviq etməyin yollarından biri qonaqpərvərlik idi – ərin ailəsini, müttəfiqlərini və hər hansı qonaqları qəbul etmək arvadın başlıca məsuliyyətində idi. Monqol qanunlarına görə, qadınlar boşanıb öz mülklərinə sahib ola bilərdilər, lakin praktikada bunun nə qədər tez-tez baş verdiyi məlum deyil.
Zina hallarında həm kişi, həm də qadın edam edilirdi.
Monqol cəmiyyəti patrilineal idi və çoxarvadlılıq çoxlu arvad və cariyələr ala bilən kişilər arasında geniş yayılmışdı. Bununla belə, həmişə bir arvad böyük seçilirdi və qəbilə daxilində atalarının əmlakını və/yaxud vəzifəsini miras alan onun uşaqları idi. Kiçik oğul adətən ailə əmlakını miras aldığından, o və arvadı adətən valideynləri ilə birlikdə yaşayırdılar. Dul qalmış qəbilə liderlərinin böyük arvadları hələ də gələcək hökmdarları təyin edən qurultay kimi qəbilə toplantılarında mərhum ərini təmsil edirdilər .

Geyim
Monqol qadınları qoyun yununu döyərək keçə düzəldirdilər. Heyvan dərilərindən də material hazırlayırdılar. Paltar bir ailənin mühüm sərvətlərindən biri idi və çox vaxt hədiyyə olaraq və gəlinin cehizinin bir hissəsi kimi verilirdi. Kişi və qadın geyimləri çox oxşar idi, hər iki cinsin nümayəndələri ipəkdən və ya pambıqdan alt paltarı, şalvar, qalın keçə və ya dəri çəkmə, keçədən və xəzdən tikilmiş, qulaqları üçün qapaqlı, ön tərəfi isə yuxarı əyilmiş konusvari papaq geyinirdilər.

Bəzi paltarların cibləri var idi və qolları adətən yalnız dirsəyə qədər enirdi. Xələtin xarici astarları pambıq və ya ipəkdən idi və daha bahalı versiyalarda əlavə xəz və ya keçə astarlı örtüyü olardı. Qışda paltarın üstünə xəzdən və ya keçədən ağır bir paltar geyilirdi .Elit kişilər və qadınlar papaqlarında bir neçə tovuz quşu lələyi ilə fərqlənirdilər. Qadınlar isə bəzən papaqlarında mirvarı tikərdilər.

Din
Monqolların etiqad etdiyi din şamanizm elementlərini ehtiva edirdi və şamanlar həm kişi ( bo’e ), həm də qadın ( iduqan ) ola bilərdi. Şamanların geydiyi paltarlar tez-tez monqol xalqının qoruyucu ruhunu təmsil edən nağara və at kimi naxışları ilə bəzənərdi.Maraqlısı o idi ki, monqollar arasında nadir də olsa müsəlmanlara da rast gəlmək olurdu.

Məşhur Monqol Qadınları

Alan Qoa
Alan Qoa (aka Alan-qo’a) monqol xalqlarının mifik anası idi və onun beş oğluna birliyin mənasını öyrədib. Alan Qoa hər oğula bir ox verdi və onu sındırmağı söylədi; hər oğul bunu asanlıqla etdi. Sonra o, beş oxdan ibarət bir dəstə təqdim etdi və heç bir oğul onları qıra bilmədi. Görünür Çingiz xanın nəsli (1206-1227-ci illər) Monqol İmperiyasını müxtəlif müstəqil xanlıqlara parçalayanda bu əhvalatı xatırlamırdılar.

Hoelun
Hoelun (aka Hoelun-Eke və ya Hoelun-Ujin) əri, qəbilə lideri Yisugei rəqibi tərəfindən zəhərləndikdən sonra oğlu ilə birlikdə səhraya qaçan Çingiz xanın anası idi. O zamanlar Temuçin adlanan Çingiz hələ doqquz-on iki yaşında idi və buna görə də atasının davamçıları ona sadiq qalmadılar.Nəticədə, o və anası Asiya çöllərində ölümə tərk edilmişdilər. Bununla belə, qovulmuş ailə sağ qalmağa müvəffəq oldu. Hoelun uşaqlarını bir yerə toplayıb özləri üçün yeni həyat qura bilən güclü qadın kimi təsvir edilir, oğlu isə təbii ki, dünyanın ən böyük imperiyalarından birini yaratmağa müvəffəq oldu.

Məqalə AZERVOİCE xəbər servisi tərəfindən “İslam ensiklopediyası” və Dünya Ensiklopediyası materialları əsasında hazırlanıb.