İlber Ortaylı kimdir?

İlber Ortaylı kimdir?

Bakı. TurkicWorld:

Prof. Dr. İlber Ortaylı 21 may 1947-ci ildə Avstriyanın Bregenz şəhərində anadan olub.

Ankara Universitetinin Siyasi Elmlər fakültəsini (1969) və Tarix fakültəsini bitirib.

Daha sonra ABŞ-ın Çikaqo Universitetində magistr təhsilini bitirib.

“Tənzimatdan Sonra Yerli İdarələr” adlı dissertasiya işi ilə doktor, “Osmanlı İmperatorluğunda Alman Təsiri” adlı işi ilə dosent olub.

O, Vyana, Berlin, Paris, Prinston, Moskvada qonaq professor kimi iştirak edib, Roma, Sofiya, Kembric, Oksford və Tunis universitetlərində seminarlar və mühazirələr oxumuşdur.

O, yerli və xarici elmi jurnallarda 16-19-cu əsrlər Osmanlı tarixi və Rusiya tarixi ilə bağlı məqalələr dərc etdirmişdir.

1989-2002-ci illərdə Siyasi Elmlər Fakültəsinin İnzibati tarix kafedrasının müdiri, 2002-ci ildə isə Qalatasaray Universiteti Hüquq Fakültəsinin Hüquq tarixi kafedrasının müdiri vəzifəsində çalışıb.

2005-2012-ci illərdə Topqapı Saray Muzeyinin rəhbəri olub. Hal-hazırda Milli Saraylar Elm Şurasının sədridir.

Ortaylı ingilis, fransız, alman, rus və italyan dillərini bilir.

O, Beynəlxalq Osmanlı Araşdırmaları Komitəsinin vitse-prezidenti və Avropa İranşünaslıq Assosiasiyasının üzvüdür.

Rusiya Elmlər Akademiyasının Şərq İnstitutunun fəxri professoru, Makedoniya Elmlər Akademiyasının (MANU) fəxri üzvü və İtalia Solidariata (İtaliya Prezidentliyi) şövalyesi olan Ortaylı, eyni zamanda, Rusiya Federasiyası Prezidentinin Puşkin ordeninə, Avstriya Dövlət Mədəniyyət Ordeninə və Fransa Dövlət Mədəniyyət Ordeninə malikdir.

Mövzuya görə xəbərlər

İbn Battuta kimdir?

İbn Battuta kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?

Sədi Şirazi kimdir?

Sədi Şirazi kimdir?