Terrorçunun Fransadan Ermənistana uzanan yolu: muzdlulardan istifadə belə İFŞA OLUNDU

Terrorçunun Fransadan Ermənistana uzanan yolu: muzdlulardan istifadə belə İFŞA OLUNDU

Bakı. TurkicWorld:

Ermənistanın müharibə zamanı muzdlu terrorçulardan istifadə etməsini təsdiqləyən faktlar ifşa olunub.

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən TurkicWorld-ə verilən məlumata görə, ermənilərin muzdlulardan istifadəsini mərkəzi ofisi Strasburqda yerləşən Avropa Televiziya Assosiasiyası - ARTE televiziya kanalı terroru və terrorçunu təşviq edən reportajı ilə təsdiqləyib.

Fransa və Almaniyanın ARTE ortaq televiziya kanalı Parisin beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, terroru, münaqişəni, işğalı dəstəklədiyini təsdiqləyən reportaj yayıb. 1992-ci ildən fəaliyyət göstərən ARTE terrorçunu təşviq edən "Ermənistan: polkovnikin 4 müharibəsi" reportajının dırnaqarası qəhrəmanı Jilbert Minasyandır. Özünü 100 faiz fransız, erməni və marselli hesab etdyini deyən Jilbert ötən əsrin 80-ci illərinin sonunda guya əcdadlarının məzarlarını tapmaq üçün Fransaya qaçıb. Reportajda inkar etsə də, Marselə gəldikdən sonra oğurluq əməlinə görə ittiham olunub.

Bundan sonra Minasyan Azərbaycana qarşı döyüşmək üçün Fransadan Ermənistana gedib. O, reportajda etiraf edir ki, 30 ildən çox müddətdə dostu Hovses Hovsepyanla birgə Ermənistanın apardığı müharibənin iştirakçısı olub. O, burada universitet müəllimi və döyüşçü Leopnis Azqalyanla tanış olub və onlar birlikdə "Azadlıq ordusu" yaradıblar.

Minasyan dostu Azqalyanın ölümündən sonra dəstəyə rəhbərlik edib. Uzun illərdən sonra isə yenidən Marselə qayıdıb. Reportajda bildirir ki, Ermənistan ordusunun ehtiyatda olan polkovnikidir. Guya müharibənin əleyhinə olsa da, özünü və xalqını dırnaqarası qorumağa məcburdur.

Reportajda istifdafə oluan müharibə kadrlarından da görünür ki, Ermənistan Azərbaycana qarşı muzdlu terrorçulardan istifadə edib. Həmin terrorçular isə əsasən erməni lobbisinin güclü olduğu ölkələrdə hazırlanaraq bölgəyə göndərilib.

ARTE televizyası bu reportajı ilə açıq-aşkar terroru və terrorçunu təşviq edir. Reportaj bir daha təsdiqləyir ki, azərbaycanlılara qarşı qanlı cinayətlər törədən erməni muzdlu terroçular gəldikləri ölkələrə geri döndükdən sonra orada rahat şəkildə yaşayır, hətta cəmiyyətə dırnaqarası qəhrəman kimi təqdim olunurlar.