Azərbaycan və ərəb dövlətləri ilə əlaqələrin inkişaf etməsi hər iki tərəfin də maraqları daxildədir – Rufiz Hafizoğlu

Azərbaycan və ərəb dövlətləri ilə əlaqələrin inkişaf etməsi hər iki tərəfin də maraqları daxildədir – Rufiz Hafizoğlu

Bakı, Yanvar 9. /TurkicWorld/

Azərbaycan və ərəb dövlətləri arasındakə əlaqələr daha da güclənəcək.

TurkicWorld xəbər verir ki, bunu CBC telekanalınının ərəb redaksiyasına açıqlaması zamanı Trend BİA-nın direktor müavini, siyasi ekspert Rufiz Hafizoğlu bildirib.

O qeyd edib ki, Azərbaycan xarici siyasətini dialoq və dostluq üzərində qurulub.

“Azərbaycan hər zaman xarici ölkələrlə bərabərhüquqlu qarşılıqlı əlaqələrin qurulmasına önəm verib və bundan sonra da bu siyasəti davam etdirəcək. Ərəb dövlətləri ilə əlaqələrin inkişaf etməsi hər iki tərəfin də maraqları daxildədir”-deyə o bildirib.

R.Hafizoğlu qeyd edib ki, Azərbaycanın İsrail ilə əlaqələrinin yüksək olması ərəb dövlətləri ilə diplomatik münasibətləri dərinləşdirməyə əngəl deyil.