Qarabağa getmək və orada çəkiliş etmək mənim üçün çox qiymətli idi - Esra Gezginci

Qarabağa getmək və orada çəkiliş etmək mənim üçün çox qiymətli idi - Esra Gezginci

Bakı. TurkicWorld:

"Əsrarəngiz Azərbaycan"ın yaranma səbəbi mənim "Əsrarəngiz İstanbul"la başlayan macəramın davamıdır. Çünki "Əsrarəngiz İstanbul"u ölkə xaricində də davam etdirmək istəyirdim.

Bunu TurkicWorld-ə müsahibəsində "Əsrarəngiz Azərbaycan" verlişinin təsisçisi və aparıcısı Esra Gezginci deyib.

O qeyd edib ki, ölkə xaricində ilk gələcəyi yer təbii ki, qardaş ölkə Azərbaycan oldu.

"Verlişimiz hər həftə bazar günü Türkiyənin "NTV" kanalında yayımlanır. Ümumilikdə hər bölümü 40 dəqiqədən ibarət 10 bölüm var. Hər bölümdə fərqli macəra yaşayır, fərqli gözəlliklərə şahid oluruq. Azərbaycanın həm tarixi, həm də mədəniyyəti barədə danışırq. Mənə daha əvvəl belə bir verliş olmadığını bildirdilər. Bu məni çox xoşbəxt etdi. Çünki Türkiyə və Azərbaycan arasında olan münasibətdə artıq mənim də bir payım olduğunu bilmək məni çox xoşbəxt edir. Çəkilişlər Bakıda oldu və hərkəsin mənəvi dəstəyini aldm. Qarabağ getdiyimiz zaman çətin şəraitdə işlədik. Azad olunan ərazilər çox qiymətlidir. Bəzən Azərbaycanlı dostlarım mənə deyir ki, biz evimizi bilmirik, amma sən ora gedib bizə göstərirsən, bu məni çox xoşbəxt edir.

Yanvar ayında etibarən verlişimiz Azərbaycan kanallarında da yayımlanacaq - deyə E. Gezginci bildirib.

Trend video müsahibəni təqdim edir