Özbəkistanın Gürcüstanda səfirliyinin açılması müzakirə olunub

Özbəkistanın Gürcüstanda səfirliyinin açılması müzakirə olunub

Bakı. TurkicWorld:

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Daşkənddə Özbəkistanın Gürcüstanda səfirliyinin açılmasını müzakirə edib.

TurkicWorld bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verir.

Papuaşvili Daşkənddə Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovla görüşüb. Görüşdə tərəflər ikitərəfli münasibətləri, o cümlədən iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığı, eləcə də ticarət və energetika məsələlərini müzakirə ediblər.

Tərəflər bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu qeyd edib və mövcud münasibətləri daha da dərinləşdirməyə hazır olduqlarını bildiriblər.