Türkmənistanın xalçaçılıq şirkəti istehsal göstəricilərini açıqlayıb

Türkmənistanın xalçaçılıq şirkəti istehsal göstəricilərini açıqlayıb

Bakı. TurkicWorld:

Türkmənistanın qərbində Balkan bölgəsində yerləşən Qızılarbat bədii xalçaçılıq fabriki öz istehsal göstəricilərini dərc edib.

TurkicWorld bu barədə Türkmənistan KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, müəssisə ilin əvvəlindən başlayaraq 380 kv.m xalça istehsal edərək istehsal planını 2 dəfədən çox tamamlayıb.