Türkiyədə zəlzələ bölgəsində yük maşını və konteyner aptekləri qurulub

Türkiyədə zəlzələ bölgəsində yük maşını və konteyner aptekləri  qurulub

Bakı TurkicWorld:

Episentri Türkiyənin Kahramanmaraş şəhəri olan və ölkənin 10 əyalətinə təsir edən zəlzələlərin üçüncü günündə əczaçılar dərman tədarükü məqsədilə bölgədə müvəqqəti aptek xidməti üçün hərəkətə keçib.

TURKİCWORLD-UN MƏLUMATINA GÖRƏ, yük maşını və konteyner aptekləri zərər çəkmiş bir çox bölgədə 24 saat fasiləsiz xidmət göstərməyə başlayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub
Güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.