Xilasedicilərimiz Türkiyədə 37 nəfəri dağıntılar altından sağ çıxarıb

Xilasedicilərimiz Türkiyədə 37 nəfəri dağıntılar altından sağ çıxarıb

Bakı. TurkicWorld:

Türkiyədə baş verən zəlzələdə azərbaycanlı xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirir.

TurkicWorld xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, FHN-in xilasediciləri tərəfindən 37 nəfər dağıntılar altından sağ çıxarılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.