BMT rəsmilərinin Türkiyənin zəlzələ bölgəsinə səfəri gözlənilir

BMT rəsmilərinin Türkiyənin zəlzələ bölgəsinə səfəri gözlənilir

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatı (BMT) rəsmiləri yaxın günlərdə Türkiyədə zəlzələ bölgələrinə səfər edəcəklər.

TurkicWorld xəbər verir ki, bunu BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.

Onun sözlərinə görə, BMT-nin Baş katibi Antonio Quterreş zəlzələdən zərər çəkmiş ölkələrin rəhbərləri ilə əlaqə saxlayıb və təşkilatın fövqəladə hallar qruplarının bölgəyə səfərbər olunduğunu bildirib.