Ərdoğan zəlzələ bölgəsində zərəçəkmiş insanlarla görüşür

Ərdoğan zəlzələ bölgəsində zərəçəkmiş insanlarla görüşür

Bakı. TurkicWorld :

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin episentri Kahramanmaraşın Pazarcık bölgəsində zərərçəkmiş insanlarla görüşür.

TurkicWorld -in məlumatına görə, Ərdoğan bundan əvvəl Kahramanmaraşda qurulan çadırları ziyarət etdi.

R.T.Ərdoğanın daha sonra Hataya gedərək zəlzələ araşdırmalarını yaxından izləməsi gözlənilir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.